BAKI, 16 noyabr. TELEQRAF

Filippində Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) 49-cu sammiti ərəfəsində keçirilən etiraz aksiyalarında 300-dən çox şəxs saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Philippine Daily Inquirer” qəzeti məlumat yayıb.

Etirazlar paytaxt Manila və ətraf ərazilərdə baş verib. Təxminən 200 polis əməkdaşı nümayişçilərin sammitin keçirildiyi Pasay şəhərindəki Filippin Beynəlxalq Konfrans Mərkəzinə yürüşünün qarşısını alıb.

Manilada polislə etirazçılar arasında toqquşmalar zamanı daha 9 nəfər saxlanılıb.

Nümayişçilər hökumətin əmək siyasətinə, “Pax Silica” texnologiya mərkəzinin yaradılmasına və ABŞ Prezidenti Donald Trampın sammitə gözlənilən səfərinə etiraz ediblər.

Polis bildirib ki, aksiya iştirakçılarının müəyyən edilmiş ərazilərdən kənarda mitinq keçirmək üçün icazələri olmayıb.

Qeyd edək ki, ASEAN-ın 49-cu sammiti noyabrın 15-17-də Filippində keçirilir.