BAKI, 16 noyabr. TELEQRAF

Hörmüz boğazının şərq hissəsində neft tankeri dəniz minasına düşərək yanmağa başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

“Bir saat əvvəl Hörmüz boğazının şərq hissəsində tanker dəniz minasına düşüb və yanğın baş verib”, – məlumatda bildirilib.

“Nour News” agentliyinin yaydığı açıqlamaya əsasən, tanker naviqasiya sistemlərini söndürərək boğazın gəmi hərəkəti üçün qadağan olunmuş hissəsinə daxil olub.

Ekipajın vəziyyəti və hadisənin ətraf mühitə mümkün təsirləri barədə hələlik məlumat verilməyib.