BAKI, 16 noyabr. TELEQRAF
Tailandın Phuket adasının turistik Patonq bölgəsində baş verən güclü yanğın nəticəsində 11 nəfər həyatını itirib.
Teleqraf xəbər verir ki, bu barədə yerli polis məlumat verib.
Yanğın noyabrın 16-da səhər saatlarında motosiklet icarəsi məntəqəsinin yerləşdiyi altımərtəbəli kommersiya binasında başlayıb. Alov qısa müddətdə qonşu tikililərə yayılıb.
Polisin ilkin məlumatına görə, hadisə nəticəsində ölənlər arasında xarici turistlər yoxdur.
Hazırda hadisə yerində fövqəladə hallar xidmətlərinin əməkdaşları fəaliyyət göstərirlər.
Yanğının başvermə səbəbləri araşdırılır.