BAKI, 16 noyabr. TELEQRAF

Ukraynanın Zaporojye vilayətinin Kiyevin nəzarətində olan hissəsində və Dnepropetrovsk vilayətində vəziyyət son dərəcə ağır olaraq qalır.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, sözügedən bölgələrdə çoxsaylı elektrik kəsintiləri qeydə alınıb. Hazırda enerji təchizatının bərpası istiqamətində işlər aparılır.

Ukraynanın Energetika Nazirliyi daha əvvəl enerji infrastrukturunun zədələnməsi səbəbindən hər iki bölgədə elektrik enerjisinin qəza rejimində kəsildiyini açıqlayıb.

Zelenski əlavə edib ki, yeni hava həyəcanları və hücumlar bərpa işlərini çətinləşdirir. Bununla belə, bəzi ərazilərdə elektrik təchizatı qismən bərpa olunub.