BAKI, 16 noyabr. TELEQRAF

Çin Sədri Si Cinpin noyabrın 19-da Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüş keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb.

Bildirilib ki, görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Şençjen şəhərində keçiriləcək sammiti çərçivəsində baş tutacaq.

“Noyabrın 19-da Çin Sədri Si Cinpin Şençjendə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla görüşəcək”, – nazirliyin açıqlamasında qeyd olunub.

Görüşün üçtərəfli formatda keçiriləcəyi təsdiqlənib.