BAKI, 15 may. TELEQRAF

Rusiya və Ukrayna növbəti əsir mübadiləsini həyata keçiriblər.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, aparılan danışıqlar nəticəsində "205-in 205-ə" formulu ilə qarşılıqlı əsir mübadiləsi baş tutub.

Bütün hərbi qulluqçulara hazırda Belarusda zəruri tibbi, humanitar və psixoloji yardım göstərilir.