BAKI, 16 noyabr. TELEQRAF

“Ukraynanın Xerson vilayətinin Oleşki şəhərində humanitar əməliyyatın keçirilməsi gələcək əməkdaşlıq üçün zəmin yaradır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin birinci xanımı Melaniya Tramp deyib.

“Bu humanitar missiyanın rəhbərləri mühüm mərhələyə nail olmaq üçün mənimlə birlikdə çalışdılar, ümumi missiyamız ətrafında birliyimizi qoruyuruq. Əldə etdiyimiz nailiyyətlər gələcək əməkdaşlıq üçün zəmin yaradır”, - o, X sosial şəbəkəsində yazıb.

Melaniya Tramp paylaşımına Rusiya və Ukraynanın danışıqlar qruplarının fotosunu da əlavə edib.

Xatırladaq ki, oktyabrın 27-dən noyabrın 1-dək Melaniya Trampın vasitəçiliyi ilə Oleşki şəhərində humanitar əməliyyatın həyata keçirilməsi üçün müəyyən edilmiş ərazidə atəşkəs rejimi tətbiq olunub. ABŞ-nin birinci xanımı bundan sonra Ağ Evdə Rusiya və Ukraynanın nümayəndələri ilə görüş keçirib.