BAKI, 21 mart. TELEQRAF
İspaniyanın paytaxtında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarına qarşı keçirilən nümayişə yüzlərlə insan qatılıb.
Teleqraf xəbər verir ki, mitinq Madrid Beynəlmiləlçi Assambleyası tərəfindən təşkil olunub.
Təşkilatçıların manifestinə görə, ABŞ və İsrail yəhudi dövlətinin hegemonluğunu gücləndirmək məqsədi ilə İrana və region xalqlarına qarşı dəhşətli bir müharibəyə başlayıblar. Mətndə qeyd olunur ki, İran və Livanın bombalanması minlərlə insanın ölümünə, didərgin düşməsinə və dağıntılara səbəb olub.
İştirakçılar "İmperializm Fələstinə, İrana, Livana, Venesuelaya və Kubaya hücum edir", "Bu hücumlar avtoritarizmi gücləndirəcək" kimi şüarlar səsləndirilib.