BAKI, 14 may. TELEQRAF
ABŞ və Çin İranın heç vaxt nüvə silahına sahib olmaması və Hörmüz boğazının gəmiçilik üçün açıq qalmasının vacibliyi barədə ortaq məxrəcə gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin Pekində keçirilən yüksək səviyyəli görüşlərin yekununa dair yaydığı rəsmi məlumatda bildirilir.