BAKI, 14 may. TELEQRAF

Çin sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasında görüş başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, iki ölkə lideri Pekində yerləşən Xalq Nümayəndələri Evinin binasında ikitərəfli və beynəlxalq məsələləri müzakirə etməyə başlayıb.

Donald Trampın Çinə səfəri mayın 15-dək davam edəcək.

Bildirilir ki, səfərin əsas məqsədi ABŞ və Çin arasında ticarət-iqtisadi sahədə mövcud fikir ayrılıqlarının aradan qaldırılması, həmçinin qlobal problemlərlə bağlı mövqelərin uzlaşdırılmasıdır.

Danışıqlarda ABŞ-İran münasibətləri və Tayvan məsələsinin də müzakirə olunacağı gözlənilir.

Çin tərəfi Tayvan məsələsini “vahid Çin” prinsipinə uyğun olaraq ölkənin daxili işi hesab edir.