BAKI, 14 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Cinpinlə münasibətlərində zaman-zaman çətinliklər yarandığını, lakin problemlərin tez həll olunduğunu bildirib.
Teleqraf xəbər verir ki, ilkin mənbəyə istinadən o, bu barədə Pekində keçirilən görüş zamanı danışıb.
“Biz uzun illərdir tanışıq. Əslində bu, ölkələrimiz arasında iki lider səviyyəsində ən uzunmüddətli münasibətlərdən biridir və bu mənim üçün şərəfdir”, - deyə Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, tərəflər arasında münasibətlər ümumilikdə çox yaxşı olub.
“Aramızda bəzən çətinliklər yaranırdı, amma biz onları həll edirdik. Problem yarananda mən sizə zəng edirdim, siz də mənə zəng edirdiniz”, - deyə o vurğulayıb.
Donald Tramp əlavə edib ki, yaranan problemlər çox qısa müddətdə aradan qaldırılırdı.