BAKI, 14 may. TELEQRAF

İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərinin heç bir geosiyasi konteksti yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün jurnalistlərlə görüşü zamanı bildirib.

Seçki prosesinə xarici müdaxilə cəhdləri və Rusiyanın bəzi siyasi dairələri tərəfindən Moskvada seçkilərin nəticələrinin tanımayacağı ilə bağlı iddialarına münasibət bildirən Baş nazir vurğulayıb:

"Həm daxili siyasi prosesin iştirakçıları, həm də Ermənistandankənar qüvvələr bu seçkilərdə geosiyasi kontekst görürlər. Amma sadə məntiqlə bu seçkilərin geosiyasi konteksti yoxdur, ola da bilməz. Ermənistan balanslaşdırılmış siyasət yürüdür. Bizim siyasətimizdə heç bir qəsd və ya əks-fəaliyyət mövcud deyil”.

Nikol Paşinyan həmçinin əlavə edib ki, Ermənistan xalqının hər zaman seçimi və alternativi olmalıdır:

"Həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi Birliyi var. Xalqımız hansı strategiyanın onun üçün daha perspektivli və faydalı olduğuna özü qərar verməlidir”.

N. Paşinyanın sözlərinə görə, hökumətin əsas məqsədi xalqın iradəsinin azad şəkildə təzahür etməsini təmin etməkdi