BAKI, 14 may. TELEQRAF

AFFA “Qəbələ" klubunu 10 min manat cərimələyib.

Teleqraf xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna səbəb Azərbaycan Premyer Liqasının XXXI turunda mayın 9-da keçirilən "Qəbələ" – "Qarabağ" matçının 86-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Asif Məmmədov hakimi təhqir etməsi və birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması olub. Buna səbəbdən oyunçu dörd matçlıq cəzalandırılıb, bölgə təmsilçisi isə 10 min manat cərimələnib.

Qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması klubu əlavə 2 500 manat, meydançaya kənar əşya atılması isə 2 000 manat ziyana salıb.