BAKI, 14 may. TELEQRAF
2026-cı ilin I rübü ərzində respublika ərazisində 3326 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2025-ci ilin I rübü ilə müqayisədə 828 hadisə və ya 20% azdır.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumatındsa qeyd olunub.
Bildirilib ki, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 15 nəfər həlak olub, 86 nəfər xəsarət alıb.
Nazirliyin xzilasediciləri tərəfindən 12 nəfər xilas edilib, 658 nəfər təxliyə olunub.