BAKI, 14 may. TELEQRAF

Mayın 15-16-da Bakıda və Abşeron yarımadasında, 15-18-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Mingəçevir, Yevlax, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Şamaxı, Qobustan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Lerik, Yardımlı, Kəlbəcər, Laçın, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Bərdə, Tərtər, Naftalan, Goranboyda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

***

16:21

Mayın 15-i gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 18-i axşamadək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.