BAKI, 14 may. TELEQRAF

“Real Madrid”də baş məşqçi məsələsi yenidən gündəmə gəlib.

Teleqraf xəbər verir ki, İspaniya nəhənginin prezidenti Florentino Peresin komandanın yeni çalışdırıcısı ilə bağlı qərarını verdiyi iddia olunur. Məlumata görə, Peres namizədlər arasında Joze Mourinyoya üstünlük verir.

İtaliyalı insayder Fabritsio Romanonun məlumatına görə, portuqaliyalı mütəxəssisin “Real Madrid”ə qayıdışı ilə bağlı danışıqlar son mərhələyə yaxınlaşıb. Mourinyonun Madrid klubuna qayıtmağa hazır olduğu, tərəflər arasında müzakirələrin isə müsbət məcrada davam etdiyi bildirilir.

“Real Madrid”in yekun qərarı mövsümün final oyunlarından sonra rəsmi şəkildə açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə “Real Madrid”ə rəhbərlik edib. Portuqaliyalı mütəxəssis Madrid təmsilçisi ilə La Liqa, İspaniya Kuboku və İspaniya Super Kubokunu qazanıb.