BAKI, 14 may. TELEQRAF

“Təəssüf ki, beynəlxalq təşkilatlar, BMT və ümid etdiyimiz qurumlar acizdir. Bugünkü dünyada beynəlxalq hüquq dağılmış vəziyyətdədir, bu təşkilatlar səmərəsizdir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

“Bəlkə beynəlxalq tərəfdaşlar Ukrayna ilə bağlı nəsə edə bilərlər. Burada beynəlxalq tərəfdaşların nə edə biləcəyinin aydın olub-olmadığını bilmirəm. Təəssüf ki, beynəlxalq təşkilatlar, BMT və ümid etdiyimiz qurumlar acizdir. Bugünkü dünyada beynəlxalq hüquq dağılmış vəziyyətdədir, bu təşkilatlar səmərəsizdir. Digər tərəfdən, ümid etdiyimiz xarici ölkələr də var, amma onlar da ya bacarmırlar, ya da Ukrayna nümunəsində bəzi ölkələr ümumiyyətlə istəmir və ya bu münaqişələrin necə həll olunması barədə fərqli düşünürlər.

Sxinvaliyə (Cənubi Osetiya) gəlincə, səhv etmirəmsə, müqavilə Rusiya Dövlət Dumasında təsdiqlənib. Bunlar işğalın riskləri və davam edən işğalın zərərli nəticələridir. Buna görə də Gürcüstanın bu çətinlikləri ağlabatan və ən əsası, sülhsevər siyasətlə həll edə bilməsi vacibdir. Dəfələrlə demişik ki, bizim iki milli vəzifəmiz var: ölkənin birləşməsi (Rusiya tərəfindən işğal edilmiş ərazilərin qaytarılması – red.) və əhalinin rifahının yüksəldilməsi. Bütün qərarlarımız bu məqsədə xidmət edir. Əgər biz Avropa İttifaqının tələblərinə əməl edib Rusiya ilə münasibətlərimizi gərginləşdirsəydik, bu gün Rusiya Dövlət Duması bu cür müqavilələri deyil, başqa şeyləri təsdiqləyərdi. Əgər Brüssel bizi dinləsəydi, proseslər bir az daha çətin, amma inkişaf etmiş olardı. Ukraynaya baxın, bu risklərin praktikada nə demək olduğunu görün”, - spiker vurğulayıb.

Şalva Papuaşvili həmçinin Almaniya Kansleri Firdrix Mertsdən misal gətirib:

“Kansler Mertsin sözlərinə qulaq asın, o, Avropa İttifaqına qoşulmaq üçün Ukraynanın öz ərazilərindən imtina edib Rusiyaya verməsini az qala ilkin şərt kimi qoymuşdu. Mertsə görə, Ukayna böyük ehtimalla ərazilərini Rusiyaya verməli olacaq və bu, onun Avropa İttifaqına üzvlüyünə yol açacaq”.

Parlament sədri qeyd edib ki, Gürcüstanın qərarına bu şəkildə təsir etmək çətindir: “Bizim üçün əsas məsələ odur ki, Gürcüstanın birləşməsinə yönəlik siyasətimiz həm də uzunmüddətli maraqlara xələl gətirməməyə yönəlib. Bu, Rusiya tərəfindən beynəlxalq hüququn pozulmasıdır”.

Rusiya Dövlət Duması bundan əvvəl işğal olunmuş Cənubi Osetiya ilə “əməkdaşlığın dərinləşdirilməsi haqqında saziş”i təsdiqləyib.