BAKI, 14 may. TELEQRAF
Çin və ABŞ arasındakı münasibətlər müasir dünyada ən vacib ikitərəfli əlaqələr hesab olunur.
Teleqraf xəbər verir ki, bunu Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampla keçirdiyi danışıqlardan sonra bəyan edib.
Çin lideri iki böyük dövlətin inkişaf strategiyalarının bir-birinə mane olmadığını vurğulayıb:
"Çinin yenidən dirçəlişi ilə ABŞ-nin “Amerikanı yenidən möhtəşəm edək” (Make America Great Again) hədəfi bir-biri ilə paralel şəkildə reallaşa bilər. Bu iki amal bir-birini tamamlayan faktorlardır".