BAKI, 14 may. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio Çini Vaşinqtonun əsas geosiyasi rəqibi adlandırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“Bəli, geosiyasi baxımdan Çin bizim əsas çağırışımızdır. Bununla yanaşı, Pekinlə münasibətlər üzərində işləmək böyük əhəmiyyət daşıyır”, - deyə Rubio bildirib.
ABŞ dövlət katibi qeyd edib ki, Vaşinqtonun maraqları bəzi hallarda Çinlə ziddiyyət təşkil edə bilər.
“Biz müharibələrin qarşısını almaq, sülh və sabitliyi qorumaq üçün bu fikir ayrılıqlarını idarə etməyi bacarmalıyıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp mayın 13-də Çinə səfər edib. Səfər çərçivəsində onun Çin sədri Si Cinpinlə görüşü nəzərdə tutulur.
Məlumata görə, tərəflər əsasən ticarət-iqtisadi münasibətlərdəki fikir ayrılıqlarını və qlobal gündəmdəki əsas məsələləri müzakirə edəcəklər.
Donald Trampın Çində səfəri mayın 15-dək davam edəcək.