BAKI, 14 may. TELEQRAF

Böyük Britaniya hökuməti Ukraynaya verilmiş AS-90 haubitsalarının əvəzlənməsi üçün yeni artilleriya qurğularının alınmasına 1,4 milyard dollar ayırıb.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkə ümumilikdə 72 ədəd RCH 155 özüyeriyən artilleriya qurğusu satın almağı planlaşdırır.

Sifariş Almaniyanın “Rheinmetall” silah konserni ilə Britaniyanın “KNDS” şirkətinin birgə müəssisəsi olan “Artec” şirkətinə verilib.

Layihə çərçivəsində istehsal prosesinə “Rheinmetall”ın Telford, “KNDS”in isə Stokport şəhərində yerləşən zavodları cəlb olunacaq.

Bildirilir ki, uzaqdan idarə olunan haubitsaların Britaniya ordusuna ilk tədarükü 2028-ci ildə həyata keçiriləcək.