BAKI, 14 may. TELEQRAF

AFFA “Neftçi” futbol klubunun apellyasiya şikayətini təmin etməyib.

Teleqraf xəbər verir ki, bu barədə qərar Arbitraj Tribunalının bu gün keçirilən iclasında qəbul olunub.

Belə ki, martın 9-da Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində keçirilən “Neftçi” – “Turan Tovuz” oyununda paytaxt klubunun azarkeşləri tərəfindən təhqiredici pankart açıldığı üçün klub 15 000 manat məbləğində cərimələnib.

Qərara əsasən, AFFA İntizam Komitəsinin 11 mart 2026-cı il tarixli qərarı qüvvədə saxlanılıb.