BAKI, 14 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Pekinə rəsmi səfəri çərçivəsində Çin nümayəndə heyəti ilə keçirilən danışıqların nəticələrini yüksək qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə D.Tramp Pekində keçirilən rəsmi qəbul zamanı çıxış edərkən bildirib.

ABŞ lideri danışıqların konstruktiv mühitdə keçdiyini vurğulayıb:

"Bu gün Çin nümayəndə heyəti ilə olduqca müsbət və məhsuldar söhbətlərimiz, görüşlərimiz baş tutdu”.