BAKI, 14 may. TELEQRAF
FİFA Türkiyənin 3 klubuna transfer qadağası qoyub.
Teleqraf xəbər verir ki, qərar Superliqada çıxış edən “Gənclərbirliyi” və “Qaziantep”, həmçinin 2-ci Liqa təmsilçisi “Ankaragücü”nə şamil olunub.
FİFA-nın açıqlamasına görə, adıçəkilən klubların hər birinə 3 transfer dönəmi müddətinə yeni futbolçu qeydiyyatdan keçirmək qadağan edilib.
Qadağanın maliyyə mübahisələri və ya tənzimləmə pozuntuları kimi səbəblərlə bağlı olduğu bildirilir. Bu tip sanksiyalar, adətən, klubların maliyyə öhdəliklərini yerinə yetirməsindən və ya oyunçulara olan borclarını ödəməsindən sonra aradan qaldırılır.
Qeyd edək ki, FİFA-nın müvəqqəti transfer qadağası klubların yeni oyunçu qeydiyyatını məhdudlaşdırır.