BAKI, 14 may. TELEQRAF
ABŞ və Ermənistan arasında “Tramp marşrutu” (TRIPP) layihəsi üzrə hökumətlərarası sazişin hazırlanması son mərhələdədir və İrəvan onu mümkün qədər tez imzalamağa çalışır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
“Paralel iki proses baş verir: ərazidə tədqiqat aparılır, dəmir yolu stansiyaları kimi bəzi infrastrukturun təmiri artıq istisna edilmir və dövlətlərarası müqavilənin yekunlaşdırılması üçün hüquqi işlər görülür. Biz onu mümkün qədər tez de-yure imzalamaq istəyirik ki, qüvvəyə minsin. Zarafat etmirəm, TRIPP üzərində işlər hər gün davam edir”, - o, brifinq zamanı vurğulayıb.