BAKI, 14 may. TELEQRAF
Çin sədri Si Cinpin bildirib ki, Tayvan məsələsinin düzgün həll olunmaması Pekinlə Vaşinqton arasında birbaşa qarşıdurmaya səbəb ola bilər.
Teleqraf xəbər verir ki, o, bu barədə ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüş zamanı danışıb.
Si Cinpin Tayvan problemini Çin-ABŞ münasibətlərində ən mühüm məsələ adlandırıb.
“Əgər Tayvan məsələsi düzgün şəkildə həll olunarsa, iki ölkə arasındakı münasibətlər ümumi sabitliyi qoruyub saxlaya bilər. Əks halda, dövlətlər qarşıdurma və hətta münaqişə ilə üz-üzə qala bilər”, - deyə Çin lideri bildirib.
Onun sözlərinə görə, bu halda Çinlə ABŞ arasındakı bütün münasibətlər sistemi ciddi təhlükə altına düşəcək.
Si Cinpin əlavə edib ki, Tayvanın “müstəqilliyi” ideyası ilə regionda sabitlik bir-birinə zidd anlayışlardır.
Çin lideri vurğulayıb ki, Tayvan boğazında sabitliyin qorunması ABŞ-Çin münasibətləri üçün əsas amillərdən biridir.