GƏNCƏ, 14 may. TELEQRAF
Gəncədə yeniyetmə qızı maşın vurub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Todanlı qəsəbəsində qeydə alınıb.
2011-ci il təvəllüdlü Z.Paşalı yaxınları tərəfindən Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.
İlkin məlumata görə, hadisə zamanı sürücü oradan uzaqlaşıb. Hazırda onun şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.
Faktla bağlı araşdırma başlanılıb.