BAKI, 14 may. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının iyunun 7-də keçiriləcək parlament seçkilərində qələbə qazanacağından əmindir.
Teleqraf xəbər verir ki, bu barədə o, İrəvanda seçiciləri ilə görüşündə bildirib.
Heç bir siyasi qüvvənin seçkilərdə mütləq səs çoxluğu qazana bilməyəcəyi ilə bağlı iddialara münasibət bildirən Baş nazirin sözlərinə görə, belə bir fikir bildirənlər tələsirlər.
“Bizim istəyimiz və siyasi proqramımız konstitusiya çoxluğuna sahib olmaqdır, vətəndaşlarla keçirdiyim görüşlər bunun olduqca real olduğunu göstərir”, - Paşinyan əlavə edib.