BAKI, 14 may. TELEQRAF

Çin lideri Si Cinpin Pekinlə Vaşinqton arasında münasibətlərin sabit və tərəfdaşlıq əsasında qurulmasının vacibliyini vurğulayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdə danışıb.

Si Cinpin bildirib ki, əsas məqsəd iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətini düzgün müəyyənləşdirməkdir.

“Prezident Trampla ölkələrimizi və bütün dünyanı maraqlandıran mühüm məsələlər ətrafında fikir mübadiləsi aparacağıma ümid edirəm. Məqsədimiz Çin-ABŞ münasibətləri adlı böyük gəmini düzgün istiqamətlə idarə etməkdir”, - deyə Çin lideri bildirib.

O qeyd edib ki, 2026-cı il Çin və ABŞ münasibətlərinin inkişafında tarixi və simvolik il olmalıdır.