BAKI, 14 mart. TELEQRAF

Təl-Əvivin Habima meydanında ABŞ-İsrail müharibəsinə etiraz olaraq təxminən 200 nəfərin iştirakı ilə aksiya keçirilib.

Teleqraf xəbər verir ki, aksiyada "Məktəbli qızların cəsədləri üzərində demokratiya qurmaq olmaz", "Pilotlar, bombalamağı dayandırın" kimi şüarlar səsləndirilib.

İsrail Demokratiya İnstitutu tərəfindən bu ayın əvvəlində keçirilən sorğuya görə, yəhudilərin 93 faizi müharibəni dəstəkləyir, ərəb əsilli israillilərin isə yalnız 26 faizi müharibə tərəfdarıdır.