BAKI, 14 may. TELEQRAF

Ardıcıl çempionluqlarını davam etdirməyi hədəfləyən “Qalatasaray” yeni mövsüm üçün transfer çalışmalarına başlayıb.

Teleqraf xəbər verir ki, “sarı-qırmızılar”ın heyətini 5 futbolçu ilə gücləndirməyi planlaşdırır.

İstanbul təmsilçisi mərkəz müdafiəçisi, yarımmüdafiəçi, “10 nömrə”, cinah oyunçusu və ehtiyat hücumçu mövqelərinə yeni transfer etməyi düşünür.

İddialara görə, “Qalatasaray” xüsusilə müdafiə xəttinə dünya səviyyəli futbolçu cəlb etmək niyyətindədir. Bu istiqamətdə “Liverpul”un müdafiəçisi Vircil van Deyk və “Real Madrid”in futbolçusu Antonio Rüdigerin vəziyyəti yaxından izlənilir.

“Cimbom”un hücumameyilli yarımmüdafiəçi mövqeyi üçün əsas namizədlərdən biri kimi Bernardo Silvanı nəzərdən keçirdiyi iddia edilir.

Bundan başqa, İstanbul klubunun Noa Lanqın transfer hüquqlarını almağı düşünmədiyi və onun əvəzinə yeni cinah oyunçusu axtarışında olduğu bildirilir.

Ehtiyat hücumçu mövqeyi üçün isə “Başakşehir”də çıxış edən Bertuğ Yıldırımın adı gündəmə gəlib.