BAKI, 24 yanvar. TELEQRAF
İraq Suriya ilə sərhəd boyunca beton divarın tikintisini başa çatdırmaq üzrədir.
Teleqraf xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin Baş Komandanının sözçüsü Sabah ən-Numan bildirib.
Onun sözlərinə görə, hazırda işlərin 80 faizi tamamlanıb.
Divar termal kameralar və tikanlı məftillərlə təchiz olunub, sərhədboyu xəndəklər qazılıb.