BAKI, 10 yanvar. TELEQRAF
Ukraynada heç kim güzəştə getməyə hazır deyil və bu da vəziyyəti daha da ağırlaşdırır.
Teleqraf xəbər verir ki, bunu britaniyalı siyasi analitik Aleksandr Merkuris deyib.
"Düşünürəm ki, Ukraynada daha çox fəlakət və dağıntı görəcəyik. Kiyevin özünün və digər şəhərlərin tərk edilmə riski var. Ukrayna hazırda sülh razılaşmasına getməlidir. Əks halda, Kiyev tədricən iqtisadi və hərbi çöküşlə üzləşəcək. Rusiya isə daha güclü mövqeyə keçəcək və güzəştə getməyəcək", - o bildirib.