BAKI, 17 noyabr. TELEQRAF
“Avropa Ukraynada sülhə nail olmaq və qitədə təhlükəsizliyi təmin etmək üçün Rusiya ilə dialoqu davam etdirməlidir”.
Teleqraf xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.
“Bizə diplomatiya lazımdır. Əgər sülhdən danışmasaq, heç vaxt buna nail ola bilməyəcəyik. Bunun üçün dialoq, mübadilə və diplomatiya tələb olunur”, - Stubb Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransında bildirib.
Stubb qeyd edib ki, Finlandiya Rusiyaya yaxınlığı səbəbindən dialoqa ehtiyac duyur. O əlavə edib ki, şəraitdən asılı olmayaraq, Finlandiya həmişə Rusiya istiqamətində diplomatik səyləri dəstəkləməlidir.