BAKI, 9 yanvar. TELEQRAF
Yanvarın 9-na keçən gecə Rusiyanın Kiyevə hücumu nəticəsində 25 şəxs yaralanıb, 4 nəfər isə həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə Kiyev Şəhər Prokurorluğunun mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.
Qeyd edilib ki, həlak olanlar arasında Dneprovski rayonunda yerləşən yaşayış kompleksinin üç sakini, həmçinin Darnitski rayonunda insanlara yardım göstərmək üçün hadisə yerinə gəlmiş 58 yaşlı təcili tibbi yardım əməkdaşı var.
Yaralananlar arasında tibb işçiləri, xilasedicilər və bir polis əməkdaşı da yer alır.