BAKI, 22 noyabr. TELEQRAF

ABŞ administrasiyasının rəhbəri Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü plan Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivləri hesabına Kiyevə kredit ayırmaq imkanını sual altına qoyub.

Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Nəşrin yazdığına görə, Trampın sülh planında dondurulmuş Rusiya aktivlərinin başqa istiqamətdə istifadəsini nəzərdə tutan bənd yer alır. Bunun isə Aİ-nin həmin vəsaitlərdən Ukrayna üçün kredit mexanizmi kimi yararlanmasını çətinləşdirə biləcəyi bildirilir.