BAKI, 6 noyabr. TELEQRAF

"Ermənistanın təcavüzü və işğal dövründə törədilmiş cinayətlərlə bağlı toplanmış sübutlar əsasında keçmiş qondarma rejimin bir sıra "rəhbər" şəxsləri cinayət məsuliyyətinə cəlb olunub və layiqli cəzaya məhkum olunublar".

Teleqraf xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə noyabrın 6-da Baş Prokurorluqda keçirilən tədbirdə bildirib.