BAKI, 15 noyabr. TELEQRAF

Kiyevə raket hücumu nəticəsində ölənlərin sayı artıb.

Teleqraf xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko "Telegram"da məlumat yayıb.

"Kiyevdə noyabrın 14-də baş vermiş Rusiya hücumu nəticəsində ölənlərin sayı 7-yə yüksəlib. Səhər saatlarında xəstəxanada həmin günkü hücum zamanı yaralanan yaşlı qadın dünyasını dəyişib",- o qeyd edib.