BAKI, 14 noyabr. TELEQRAF

Rusiya Kiyevə endirdiyi hücum nəticəsində 3 nəfər həlak olub, 26 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko "Telegram" kanalında məlumat yayıb.

Onun sözlərinə görə, xilasetmə işləri davam etdiyindən həlak olanların meyitlərini çıxarmaq hələ mümkün olmayıb və məlumatlar dəqiqləşdirilir.

Yaralananlar arasında 7 və 10 yaşlarında iki uşağın da olduğu bildirilib.