BAKI, 3 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp idxal rüsumlarının ölkəyə ildə 1 trilyon dollardan çox gəlir gətirəcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, o, bu barədə "One America News" telekanalına müsahibəsində məlumat verib.
Tramp tətbiq edilən tariflərin artıq bəhrə verməyə başladığını bildirib.
“Rüsumlar yalnız indi nəticə verməyə başlayır, sonda isə illik həcmi 1 trilyon dollardan çox olacaq”, – deyə ABŞ lideri vurğulayıb.