BAKI, 15 iyul. TELEQRAF
Ukraynanın Ali Radası ümumi səfərbərliyin müddətini avqustun 7-dən başlayaraq 90 gün, yəni noyabrın 5-dək uzatmaq qərarına gəlib.
Teleqraf xəbər verir ki, qərar 304 deputatın lehinə, 1 deputatın əleyhinə səs verib.
Bundan əvvəl Rada hərbi vəziyyətin müddətini də uzadıb.
Qeyd edək ki, bu 2022-ci ilin fevralından bəri Ukrayna parlamentində bu rejimlərin uzadılması ilə bağlı 16-cı səsvermədir.