BAKI, 9 iyun. TELEQRAF

ABŞ və Çin nadir torpaq metalları idxalı ilə bağlı yeni razılaşma imzalamaq üçün danışıqlar aparır.

Teleqraf xəbər verir ki, bu barədə bunu Ağ Evin milli iqtisadi şurasının rəhbəri Kevin Hassett “ABC News”a müsahibəsində deyib

Hasset bildirib ki, Prezident Donald Tramp və Çin lideri Si Cinpin arasında bu mövzuda müsbət dialoq aparılıb.

Onun sözlərinə görə, razılaşma tezliklə uzun bürokratik prosedurlar olmadan sadəcə əl sıxma ilə baş tutacaq.