BAKI, 20 may. TELEQRAF

İndoneziyanın şərqindəki Flores adasında vulkan püskürüb.

Teleqraf xəbər verir ki, vulkan bir gündə 8 dəfə püskürərək, 3 - 5,5 kilometr arasında dəyişən hündürlüklərə kül səpib.

Məlumata görə, təhlükə ən yüksək səviyyədədir.

Yerli əhaliyə və turistlərə vulkan kraterinə 6 kilometrdən yaxın getməməklə bağlı xəbərdarlıq edilib.

Şiddətli yağışlar başlayarsa, kraterdən ətraf əraziyə soyuq lava axını da ola bilər.