BAKI, 22 dekabr. TELEQRAF

“Gürcüstan Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi baxımından çox mühüm rol oynayır və bu istiqamətdə diplomatik korpusumuzun səyləri gələcəkdə də davam etməlidir”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze səfirlər konfransında çıxış edərkən bildirib.

“Bizim əsas vəzifələrimizdən biri ölkəmizin əlaqələndirmə və tranzit funksiyasını gücləndirməkdir. Bu istiqamətdə bu il çox iş görülüb və gələn il və növbəti illərdə daha çox iş görülməlidir. Bir daha qeyd edirəm ki, hər birinizin rolü milli maraqlarımızın qorunmasında xüsusi əhəmiyyət daşıyır”, - baş nazir vurğulayıb.