BAKI, 21 dekabr. TELEQRAF
ABŞ-nin baş prokuroru Pem Bondi maliyyəçi Ceffri Epşteynin əməllərindən zərər çəkmiş şəxsləri hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə Pem Bondi RİA Novosti-yə açıqlamasında bildirib.
“Biz artıq çoxsaylı zərərçəkənlərlə görüşmüşük. Zəhmət olmasa, mənimlə, baş prokurorun müavini Blanşla və ya FTB ilə əlaqə saxlayın və biz dərhal araşdırmaya başlayacağıq”, - Bondi vurğulayıb.
Onun sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi ilə əlaqəli olan bütün şəxslərə qarşı ittiham irəli sürəcək.
Qeyd edək ki, dekabrın 20-də ABŞ Federal Təhqiqat Bürosu Ceffri Epşteyn işi ilə bağlı yeni materialları açıqlayıb.