BAKI, 21 dekabr. TELEQRAF
ABŞ administrasiyası Amerika qüvvələri tərəfindən Venesuela sahillərində neft tankerlerinin ələ keçirilməsi fonunda ölkədə enerji daşıyıcılarının qiymətlərində artım gözləmir.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev yanında Milli İqtisadi Şuranın rəhbəri Kevin Hassett CBS telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, söhbət dünya bazarındakı ümumi təkliflə müqayisədə çox kiçik həcmdə neftdən gedir.
“Bu səbəbdən ABŞ vətəndaşlarının tankerlerin ələ keçirilməsi ilə əlaqədar neft qiymətlərinin artacağından narahat olmasına ehtiyac yoxdur. Söhbət cəmi bir neçə gəmidən gedir və onlar qara bazarla əlaqəlidir”, - Hassett vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Bloomberg mənbələrə istinadən ABŞ-nin Venesuela sahillərində daha bir neft tankerinin saxlanılması üzrə əməliyyat apardığını yazmışdı.