BAKI, 22 dekabr. TELEQRAF

Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında 2026-cı il dövlət büdcəsi ilə bağlı müzakirələrin başa çatmasından sonra gərginlik yaşanıb.

Teleqraf xəbər verir ki, büdcə müzakirələrinin yekunlaşmasından dərhal sonra AKP və CHP deputatları arasında başlayan şifahi mübahisə qısa müddətdə fiziki qarşıdurmaya çevrilib. Deputatlar arasında itələmə və əlbəyaxa dava baş verdiyi kameralara düşüb.

Qeyd edək ki, qalmaqala səbəb olan 2026-cı il dövlət büdcəsi qanun layihəsi TBMM Baş Assambleyasında keçirilən səsvermə zamanı 249 səs əleyhinə, 320 səs lehinə olmaqla qəbul edilib.