BAKI, 22 dekabr. TELEQRAF

Amerikalı aktyor, “The Wire” serialındakı rolu ilə tanınan Ceyms Renson Los-Ancelesdə vəfat edib.

Teleqraf xəbər verir ki, Los-Ancelesin tibbi ekspertiza qurumunun yaydığı məlumata görə, 46 yaşlı aktyor dekabrın 21-də dünyasını dəyişib. Rəsmi məlumatda ölüm səbəbinin intihar olduğu bildirilib.

Ceyms Renson HBO-nun məşhur kriminal dramı “The Wire” serialının ikinci mövsümündə liman işçisi Çester “Ziqgi” Sobotka obrazını canlandıraraq tanınıb. O, daha sonra serialın yaradıcısı Devid Saymonun digər layihəsi olan “Generation Kill”də real şəxs dəniz piyadası Coş Rey Person rolunda çıxış edib.

Aktyor həmçinin “It: Chapter Two” filmində Eddi Kaspbrak obrazı ilə tamaşaçıların yaddaşında qalıb.