BAKI, 22 dekabr. TELEQRAF
Ötən il “Bakı Metropoliteni” QSC-nin elektrik enerjisinə çəkdiyi xərclər 13 milyon 934 min manat təşkil edib.
Teleqraf qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu göstərici 2023-cü illə müqayisədə 3,7% və ya 501 min manat, 2022-ci illə müqayisədə isə 7,8 % və ya 1 milyon 11 min manat çoxdur.
2022-ci ildə “Bakı Metropoliteni”nin elektrik enerjisi üzrə xərcləri 12 milyon 923 min manat olub.
Qeyd edək ki, hökumət tənzimlənən tariflərlə sərnişindaşımadan yaranan zərərləri kompensasiya etmək üçün subsidiyalar verir. Şirkət bu subsidiyalardan işçi heyəti ilə bağlı və digər əlaqəli xərcləri, həmçinin elektrik enerjisi, su və kanalizasiya xərclərini ödəmək üçün istifadə edir.
Ötən ildə isə hökumət tərəfindən “Bakı Metropoliteni” QSC-yə 50 milyon manat məbləğində subsidiya ayrılıb.