BAKI, 22 dekabr. TELEQRAF
“Bakı Metropoliteni” QSC 2024 və 2023-cü illər üzrə cari mənfəət vergisi ödəməyib.
Teleqraf xəbər verir ki, bunun səbəbi qurumun vergiyə cəlb edilən mənfəət əldə etməməsidir.
Hesabat ilində QSC-nin ticarət və digər debitor borcları 3 milyon 365 min manat (586,2%) və ya təxminən 6,9 dəfə artaraq 3 milyon 939 min manata yüksəlib.
Ticarət və digər kreditor borcları 26 milyon 446 min manata yüksələrək, 9 milyon 664 min manat (57,9%) artıb.
Qeyd edək ki, bu il fevralın 20-də "Bakı Metropoliteni" QSC Maliyyə Nazirliyindən ilin sonunda qaytarmaq şərti ilə 244,8 milyon manat faizsiz kredit alıb.