BAKI, 22 dekabr. TELEQRAF

ABŞ-nin baş prokuroru Epşteynin qurbanlarını hakimiyyət orqanları ilə əlaqə saxlamağa çağırıb.

Teleqraf xəbər verir ki, ABŞ-nin baş prokuroru Pam Bondi maliyyəçi Ceffri Epşteynin əməllərindən zərər çəkmiş şəxsləri hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağa çağırıb.

“Biz artıq bir çox zərərçəkənlə görüşmüşük. Xahiş edirəm, mənimlə, baş prokurorun müavini Blanş ilə və ya Federal Təhqiqat Bürosu (FTB) ilə əlaqə saxlayın, biz dərhal araşdırmaya başlayacağıq”, – deyə Bondi bildirib.

Baş prokurorun sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi ilə əlaqəli olan bütün şəxslər barəsində ittiham irəli sürəcək.

Qeyd edək ki, dekabrın 20-də ABŞ Federal Təhqiqat Bürosu Ceffri Epşteynin işi ilə bağlı yeni materiallar yayımlayıb.

Xatırladaq ki, "Daily Mail" nəşri Epşteynin mənzilində ABŞ-nin keçmiş prezidenti Bill Klintonun mavi paltar və hündürdaban ayaqqabıda təsvir olunduğu portretin saxlanıldığını yazmışdı. Eyni zamanda, məxfiliyi ləğv edilmiş fotolardan birində Klintonun insan alverinə görə məhkum edilmiş Gisleyn Maksuell ilə hovuzda üzməsi, digər kadrda isə cakuzidə istirahət etməsi əks olunub.

Teleqraf xəbər verir ki,